Fly.az logo
(+99412)433-18-49 [email protected]

MÜTLƏQ GÖRMƏLİ OLDUĞUNUZ DÜNYADA MƏŞHUR 5 MUZEY

Admin Dec 17, 2018 411

Tarixi əsərlər, hər kəsin diqqətini çəkən, bütün dünyaya aid müştərək mədəniyyət irsidir. Daxili və ya xarici səfərlərin əvəzedilmız dayanacaqları olan muzeyləri  gəzməyi kim sevməz ki?

Təəssüf ki, dünyada olan yüzlərlə hətta minlərlə muzeyi gəzmək o qədər də mümkün deyil. Əgər olur ki, bir gün yolunuz düşsə, mütləq görülməsi lazım olan bu 5 muzeyi gəzməyi unutmayın;

Le Louvre


Hər kəsin xırda da olsa məlumat sahibi olduğu, "dünyanın ən böyük incəsənət muzeyi" olan "Luvr Muzeyi" Fransanın Paris şəhərində yerləşir. Muzey təxminən 60 min kvadrat metr sahəni əhatə edir. Bu muzeyi əvvəldən axıra gəzmək və muzeydə olan 300 mindən çox eksponatı görmək üçün 3 həftə qədər vaxt ayırmağınız lazımdır. Da Vincinin Mona Lisa`sı, Michelangelonun "Rebellious Slave"si kimi görkəmli sənətkarların əsərlərinin yanında Misir, Yunan və Ərəb mədəniyyətlərinə aid əsərlər də var.

British Museum


Adından da məlum olduğu kimi İngiltərənin London şəhərində yerləşən bu muzeydə "Qədim Dövr" əsərləri nümayiş etdirilir. Ancaq İngilislərin bu əsərləri tapma hekayələri bir az maraqlı. Hər yerdə tapdıqları bu dəyərli əsərləri əsasən oradan götürərək, bəzən də dəyərindən aşağı qiymətə satın alaraq gətirib ölkələrində nümayiş etdirirdilər.

The State Hermitage


Bəlkə də, adını ilk dəfə eşitmiş olduğunuz bu muzey, Rusiyanın Sankt-Peterburq şəhərində yerləşir. Dünyanın ən qədim muzeylərindən biridir və 3 milyondan çox əsərə ev sahibliyi edir. Da Vinçi, Van Gogh və Pikassoya aid dünya şöhrətli bir çox tablo bu muzeydədir.

Metropolitan Museum of Art


Uzun bir adı olduğundan dolayı qısaca "Met" də deyilən bu muzey Nyu-yorkda yerləşir. Met dünyanın ən böyük incəsənət muzeylərindən biridir və muzeydə 2 milyondan çox əsər var. 

Sənət əsəri tapmaq məsələsində sərhəd tanımayıb, Avropa, Yaponiya və İslam sivilizasiyaları kimi böyük sivilizasiyaların əsərlərini də toplayıb tərkibinə qatmıb. Muzey haqqında ən sevindirici xəbər isə girişlərin pulsuz olmasıdır.

The Uffizi Gallery


Botticellinin ən məşhur tablosu "Veneranın doğulması" (it. Nascita di Venere) əsərinə ev sahibliyi edən Uffizi qalereyası İtaliya Florensiyada yerləşir. Dünyaca məşhur bir çox rəssamın tablolarına da yer verən Uffiziyə giriş təəssüf ki, bir az çətindir. Turistlərin ilk dayanacağı olan muzey o qədər çox rəğbət görür ki, əgər bir az şanslısınızsa yalnız 3 saat gözləyib içəri girə bilərsiniz.