Fly.az logo
(+99412)433-18-49 [email protected]

HEYRANEDİCİ FOTOŞƏKİLLƏRLƏ, DÜNYANIN ƏN DƏRİN VƏ ƏN QƏDİM GÖLÜ BAYKAL

Admin Dec 17, 2018 281

Sibirin cənubunda yerləşən Baykal Gölü, 1642 metr dərinliyində dünyanın ən dərin gölü olma xüsusiyyətini daşıyır. Bununla yanaşı, Baykal, dünyadakı ən qədim və ən təmiz göl hesab olunur. Planetimizin ən böyük şirin su mənbəyinin, Kristina Makeeva adlı rus fotoqrafın obyektivindən, üzəri buzla örtülü bu təbiət möcüzəsinə daha yaxından baxaq.

"Səfəri planlaşdırarkən bu qədər gözəl, görkəmli və nağıl kimi olacağını ehtimal etmirdik. Gözəlliyi ilə elə heyran olduq ki, orada olduğumuz 3 gün ərzində demək olar ki, heç yatmadıq". deyir Makeeva.

Makeeva, gölün 600 km uzunluqda olduğunu və üzərindəki buzun 1-5 metr olduğunu deyir: "Bu buz aşağı yuxarı 15 tonluq bir nəqliyyat vasitəsini saxlaya bilər". Göl səthindəki buzda arada bir çatlar yarandığını və yaranan hər bir çatın göy gurultusu və ya silah səsinə oxşayan bir səs çıxardığını da danışır. Bu çatların uzunluğu 10 ilə 30 metr arasında dəyişir.

Baykal Gölünün üzərindəki buz May ayına qədər qalır. Amma Aprel ayından etibarən, buzun üzərində gəzmək təhlükəli hala gəlir. Buzun içindəki su qabarcıqları isə dəniz yosunları görə əmələ gəlmiş metan qazına görə meydana gəlir.

"Gölün müxtəlif yerlərində buz müxtəlif naxışlar alır. Bunun səbəbi, suyun lay lay donmasıdır. Xüsusilə buzun içində bir balıq, ya da bir budaq görmək çox maraqlı görsənir. Baykal Gölü dünyanın ən şəffaf gölüdür. Gölün dibinə qədər hər şeyi görmək mümkündür: Balıq, yaşıl daşlar, bitkilər, burulğanlar. Su o qədər təmizdir ki, 40 metr dərinlikdəki bəzi şeyləri belə görə bilərsiniz".