Fly.az logo
(+99412)433-18-49 [email protected]

Amerikaya viza necə ala bilərəm?

Aygün Dec 09, 2018 806

Aygün AZE
Dec 09 2018, 05:30
Dec 09 2018, 05:30

Salam. Mən Amerikada heç olmamışam. 2 dəfə Avropada olmuşam, 1 dəfə də Rusiyada.

Sizcə USA viza almaq şansım nə qədərdir?

Şansımı artırmaq üçün nələr etməliyəm və hansı sənədlər tələb olunur.

Öncədən təşəkkür edirəm.

Rashad Mirzayev
Dec 09 2018, 05:55
Dec 09 2018, 05:55

Amerika vizası çətin vizalardan sayılır.

Avropada olmağınız şansınızı artırır.

Ümumiyyətlə, Amerika səfirliyini 3 məsələ ən çox narahat edir. 

1. Viza aldıqdan sonra Amerikaya gedib geri qayıtmamaq.

2. Turist, təhsil və s. vizası alıb Amerikada işləmək.

3. Amerikada olarkən öz büdcəniz sizə bəs edəcək və Amerika dövlətinə ziyan vurmayacaqsız.


Belə başa düşürəm ki, siz turist olaraq viza almaq istəyirsiz.

Əsas məsələ, siz səfirliyi gərək inandırasınız ki, həqiqətən də turist olaraq gedirsiz və Amerikada qalmayıb geri qayıdacaqsız və ya orada işləməyəcəksiz.

Bunun üçün aşağıdakıları etsəniz şansınız artacaq: 

1. Bank hesabınızda 10000-20000$ arası pul göstərin.

2. Ailə tərkibiniz haqqında arayış alın (Jek və ya müvafiq idarə orqanından). Göstərin ki, ailəniz var və ailənizə geri qayıdacaqsız. Hətta, ailəlisinizsə yoldaşınız və ya uşağınız Azərbaycanda qalarsa o zaman şansınız daha da artır.

3. İş yeriniz varsa, iş yerindən arayış göstərin. Maaş yüksək olsa daha yaxşıdır. Şişirdilmiş, saxta arayışlar təqdim etməyin. Əgər rəsmi maaşınız azdırsa, amma əlavə pul alırsınızsa, görüş zamanı səfirə bu haqqda məlumat verə bilərsiniz.

4. Ev, maşın və s. daşınan və daşınmaz nə əmlakınız varsa sənədlərini təqdim edin.

5. Müraciətinizi professional turizm şirkətlərinə həvalə edin və bu sayədə səhvlərdən özünüzü sığortalayın. "Fly.az" bu sahədə ən öndə olan şirkətlərdəndir.

6. Səfirliyə gedərkən gözəl paltarlarınızı geyinin. Amma rahatlığınızı da unutmayın. Çünki, saatlarla növbə gözləyə bilərsiz.

7. Səfirlə danışarkən ingilis dilində səlis bilmirsinizsə Azərbaycan dilini seçin. Azərbaycan dilini seçmək sizə mənfi deyil. Səfirə bildirin ki, İngilis dilini bilirsiz, amma sizə Azərbaycan dilində danışmaq daha rahatdır.

Bu siyahını daha da uzatmaq olar...

Uğurlar, inşallah vizanı alıb Amerikanı gəzərsiz və gəzintinizdən fotoları forumda paylaşarsız.



Cavab yazın

Cavab yazmaq üçün hesabınıza daxil olmalısınız. Daxil ol