Şengen vizası dəstəyi
Viza üçün tələb olunan sənədlər
- Xarici passport
- Gediş-gəliş biletinin bronu
- İş yerindən/Təhsil müəssisəsindən arayış
- Bankdan arayış/Yaşayış xərclərinin ödənəcəyinin sübutu
- Son 6 ay üzrə bank hesabınızda olan əməliyyatların çıxarışı
- Mehmanxana sifarişinin təsdiqi/Dəvət məktubu
- Şəkil 3.5x4.5 sm
- Ərizə forması
- Şəxsiyyət vəsiqəsi və passportun surəti
Lazım ola biləcək digər sənədlər
- Nikah şəhadətnaməsi, 18 yaşına çatmamış uşağınızın (və ya uşaqlarınızın) doğum şəhadətnaməsi
- Orta və ya ali təhsil müəssisələrində oxuyan şagird və tələbələr viza müraciəti etdikləri zaman təhsil aldıqları müəssisədən həmin yerdə təhsil almaları barədə arayış təqdim etməlidirlər
- Macarıstan, Yunanıstan səfirlikləri Elektron Hökumət Portalından rəsmi iş yeri barədə çıxarış tələb edir
- Adınıza daşınan və ya daşınmaz əmlakların olması barədə (kupça) çıxarışlar (olması üstünlükdür).
Şəklin çəkilmə qaydası
- Şəklin çəkilmə müddəti 6 aydan çox olmamalıdır
- 3.5 sm x 4.5 sm ölçüsündə
- İşığı əks etdirməyən lövhə qarşısında
- Şəklin fonu açıq rəngdə olmalıdır
- Şəklin əsas hissəsini baş və çiyindən yuxarı nahiyə tutmalıdır, belə ki, şəkilin 70-80%-ni üz nahiyəsi təşkil etməlidir.
Əməliyyat müddəti
Sizin müraciətinizin cavabı və ya sizə viza verilmə prosesi 3-14 iş günü müddətində olur.
Xüsusi qeydlər
- Fly.az şirkəti turistlərə vizanın verilməsinə tam zəmanət vermir.
- Vizanın verilməsi bir başa Konsulluq xidmətinin ixtiyarındadır.
- Vizanın verilməsi və ya imtina ediməsi konsulluq tərəfindən qərara alınır.